AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin edilib

6 Mart 2020 12:57 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyinat olub.

AzNews.az xəbər verir ki, bununla bağlı AMEA prezidenti Ramiz Mehdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sevil Zülfüqarova AMEA-nın Mərkəzi Elmi Kitabxanasına direktor təyin edilib.

Qeyd edək ki, S.Zülfüqarova 2010-cu ildə Mərkəzi Elmi Kitabxanada çalışıb. Bundan əvvəl isə o, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri idi.

Xatrıladaq ki, martın 4-də tibb üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindən azad edilib.