Azərbaycan Televiziyasında yeni TƏYİNAT

6 Mart 2020 17:36 (UTC+04:00)

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub.

AzNews.az xəbər verir ki, bununla bağlı AzTV-nin sədri Rövşən Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Xalid Əliyev AzTV-nin yeni yaradılan Beynəlxalq müxbir postları və xarici xəbərlər studiyasının direktoru təyin olunub.

Qeyd edək ki, X.Əliyev bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentinin direktoru vəzifəsində çalışıb. O, daha əvvəl uzun müddət "Lider" televiziyasında müxtəlif vəzifələrdə işləyib.