Rusiyada yanğın - 3 uşaq öldü

8 Mart 2020 16:05 (UTC+04:00)

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində fərdi evdə baş verən yanğın nəticəsində üç uşaq ölüb.

AzNews.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar cinayət işi açılıb.

Xilasedicilər yanğını 20 dəqiqə ərzində söndürə biliblər. Uşaqlardan biri xəstəxanaya çatdırılıb, lakin onun da həyatını xilas etmək mümkün olmayıb.