Neftin qiyməti kəskin ucuzlaşdı

9 Mart 2020 09:52 (UTC+04:00)

"Brent” markalı neftin qiyməti ucuzlaşaraq bir barrelə görə 32,28 dollar olub.

AzNews.az xəbər verir ki, “qara qızıl”ın may fyuçerslərinin qiyməti 28,69% azalıb.

WTI markalı neft isə 31,35% ucuzlaşma ilə bir barrelə görə 28,33 dollar olub.

Qeyd edək ki, neftin qiymətində minimum göstərici 2016-cı ilin yanvarında müşahidə olunub.

"Blumberq" nəşri bu göstəricini 1991-ci ildə Fars körfəzindəki müharibədən sonra kəskin azalma adlandırıb.

“Goldman Sachs” bankının proqnozuna görə, neft bazarında yaranan təşviş yanacağın qiymətinin bir barrelə görə 20 dollaradək düşməsinə səbəb ola bilər.