İran ilk dəfə bir şəhəri karantinə aldı

10 Mart 2020 10:45 (UTC+04:00)

İranın Sistan və Bəlucistan ostanının cənub-şərqində yerləşən Çabahar şəhəri koronavirusa görə karantinə alınıb. Şəhərə giriş-çıxış qadağan olunub.

AzNews.az xəbər verir ki, şəhərin mərkəzindəki təcili yardım maşınları xalqa evlərindən çıxmamaları barədə çağırış edib.

Ölkənin şərqində yerləşən Rəzəvi Xorasan əyalətinin Nişabur şəhərinə də giriş-çıxış qadağan olunub.

Qeyd edək ki, İranın ali dini lideri Əli Xamanei bu il Məşhəd şəhərində Novruz bayramı ilə bağlı çıxışını ləğv edib.

Pərvanə