Milli Məclisin komitələrinin sədr müavinləri seçilib

10 Mart 2020 17:10 (UTC+04:00)

Milli Məclisin komitələrinin sədr müavinləri müəyyənləşib.

AzNews.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova qərar imzalayıb.

Qərarla Milli Məclisin komitələrinin sədr müavinləri aşağıdakı tərkibdə müəyyənləşib:

Qüdrət Müzəffər oğlu Həsənquliyev - Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;

Hikmət Baba oğlu Məmmədov -Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsi;

Tahir Zayıdağa oğlu Kərimli - İnsan hüquqları komitəsi;

Asim Nazim oğlu Mollazadə - Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;

Əli Əhməd oğlu Məsimli - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;

Sabir Kamal oğlu Hacıyev - Aqrar siyasət komitəsi;

Məlahət İbrahim qızı İbrahimqızı - Əmək və sosial siyasət komitəsi;

Rəşad Məmmədqulu oğlu Mahmudov - Səhiyyə komitəsi;

Jalə Fazil qızı Əliyeva - Ailə, qadın və uşaq məsələləri komitəsi;

Şahin Əmir oğlu İsmayılov - Gənclər və idman komitəsi;

Sahib Eyvaz oğlu Alıyev - İctimai birliklər və dini qurumlar komitəsi;

Elşən Məmmədhənifə oğlu Musayev - Regional məsələlər komitəsi;

Musa Cəfər oğlu Qasımlı - Elm və təhsil komitəsi;

Fazil Qəzənfər oğlu Mustafa - Mədəniyyət komitəsi;

Sevinc Həbib qızı Fətəliyeva - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi.