Şahin Mustafayev Komissiya sədri təyin edildi

11 Mart 2020 18:36 (UTC+04:00)

Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiyanın sədri dəyişib.

AzNews.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın sədri təyin edilib.