Əli Əhmədov Dövlət Komissiyasının sədri təyin edilib

11 Mart 2020 20:46 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyası ilə əlaqədar yaradılmış Dövlət Komissiyasına yeni sədr təyin edilib.

AzNews.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Baş Nazirin müavini Əli Əhmədov komissiyanın sədri təyin edilib.