Məşhur aktyor koronavirusa yoluxdu

12 Mart 2020 09:00 (UTC+04:00)

Amerikanın məşhur aktyoru və prodüseri Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə aktyor özünün “Instagram” səhifəsində yazıb.

“Salam, millət. Rita və mən Avstraliyadayıq. Bir az yorğun hiss etdik, soyuqdəymə və bədənimizdə ağrılar oldu. Rita bəzən titrəyirdi. Yüngül qızdırması da olurdu. Koronavirus üçün analiz verdik və nəticə hər ikimizdə müsbət oldu.

Henks ailəsi cəmiyyətin sağlamlığı və təhlükəsizlik üçün karantinə alınacaq" - deyə bildirilib.

Pərvanə