Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq

12 Mart 2020 15:30 (UTC+04:00)

Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında
Sərəncam imzalayıb.

AzNews.az-ın məlumatına görə, Sərəncamada qeyd edilir:

Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılsın.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.