İqtisadiyyat Nazirinin müavini vəzifəsindən azad edilib

12 Mart 2020 16:10 (UTC+04:00)

İqtisadiyyat Nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.