Ukrayna koronavirusa görə sərhədləri bağlayır

13 Mart 2020 18:43 (UTC+04:00)

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası koronavirus təhlükəsi səbəbiylə əcnəbilər üçün sərhədləri iki həftəlik bağlamaq qərarı verib.

AzNews.az “Ukrainskaya Pravda” saytına istinadən xəbər verir ki, qərar martın 15-dən etibarən qüvvəyə minəcək. Ölkədə martın 12-də tətbiqinə başlanan karantin müddəti 3 aprelə qədər davam edəcək.

Qeyd edək ki, hazırda Ukraynada yalnız 1 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənsə də yoluxanların real sayının daha çox olduğu güman edilir.