Tanınmış politoloqdan müxalifətə ağır ittihamlar

27 May 2013 09:44 (UTC+04:00)


Tanınmış politoloq, "Şərq-Qərb Araşdırmalar Mərkəzi"nin rəhbəri Ərəstun Oruclu müxalifətdə təmsil olunan bəzi qüvvələrə üstüörtülü şəkildə sərt ittihamlar yönəldib.
AzNews.az-ın məlumatına görə, Ə.Oruclu onunla bağlı qara piar aparıldığını, ancaq buna cavab vermədiyini deyib. O, bildirib ki, ona qarşı böhtan atan şəxslər ad çəkməyə qorxurlar:

"Bir neçə ay əvvəl biz yeni "A13" hərəkatını yaratmağa başlayanda məhz bu düşərgənin təmsilçiləri və ona yaxın media tərəfindən hücumlara məruz qaldıq. Bizə olmazın böhtanlar yağdırdılar, hərçənd ki, yalnız eyhamlarla. Kişi kimi ad çəkməyə isə birinin də cəsarəti çatmadı. Amma görəsən düşündülərmi ki, niyə susduq?"

Ə.Oruclu ona qarşı böhtanlar atan şəxslərə cavab verməməyinin səbəbini isə belə açıqlayıb: "Sözümüzü seçkilər bitən kimi deyəcəyik . Hər şeyə görə cavablarını verəcəyik: həmin o natəmiz qara piara görə də, hakimiyyətlə sövdələşmələrinə görə də, Rusiyanın əl-ayağına düşüb dəstək dilənmələrinə görə də, İranın 5-ci kolonnası olan dini qruplaşmalarla oyunbazlıqlarına görə də..."

Anar
AzNews.az