Üç yaşlı uşaq koronavirusdan öldü

14 Mart 2020 15:06 (UTC+04:00)

İranda koronavirusdan ölənlərin yaş ortalaması 67, yoluxanlarınkı isə 54 təşkil edir.

AzNews.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, koronavirusun ən kiçik qurbanı 3 yaşlı uşaqdır. O, talassemiya xəstəsi olub.

Eyni zamanda vurğulanıb ki, gündə təqribən 6 000 nəfər COVID-19 testindən keçir.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 514 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 289 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 11 326 nəfərə çatıb. K.Cahanpur həmçinin 3 529 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.