İran Azərbaycana təşəkkür etdi

14 Mart 2020 18:24 (UTC+04:00)

İranın Xaric İşlər Nazirliyi COVİD-19 virusunun yayılmasına qarşı tədbirlərə görə maliyyə və tibbi avadanlıq şəklinə göstərilən yardımlara görə Azərbaycan da daxil olmaqla bir neçə ölkəyə təşəkkür edib.

AzNews.az xəbər verir ki, bu barədə XİN sözçüsü Abbas Musəvi “Twitter” səhifəsində yazı paylaşıb.

Müəllif İran xalqının və hökumətinin bu çətin günlərdə köməyini əsirgəməyən dostlarını heç zaman unutmayacağını qeyd edib.

Yardımların Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Fransa, Böyük Britaniyadakı səfirliklər vasitəsilə, habelə Yaponiya, Qətər, Azərbaycan və Rusiyadan göndərilməklə göstərildiyi diqqətə çatdırılıb.