İranda koronavirusdan ölənlərin sayı 611 nəfərə çatdı

14 Mart 2020 19:27 (UTC+04:00)

İranda daha 97 nəfər koronavirusun qurbanı olub.

AzNews.az IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 611 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 1 365 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 12 729 nəfərə çatıb.

K.Cahanpur həmçinin 4 339 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.