Bu informasiyaların yayılması qadağan edilir

16 Mart 2020 15:00 (UTC+04:00)

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik ediləcək.

Məlumata görə, dəyişiklikdə nəzərdə tutulan hallar bunlardır:

- internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir,

- insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdtd yaradan yalan məlumatlar yerləşdirilməməlidir.

Layihə sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az