Kişi arvadının başını kəsdi- Azərbaycanda

27 May 2013 11:03 (UTC+04:00)


APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Köhnə Xaçmaz kəndində qeydə alınıb.

Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini, 1974-cü il təvəllüdlü Musayev Eynulla Həsən oğlu həyat yoldaşı Şərqiyyə Musayevanın başını kəsərək qətlə yetirib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, qətli törədən şəxsin psixi problemlərinin olduğu bildirilir.

Ailənin iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az