Azərbaycan boksçusu erməni ilə qarşılaşacaq

16 Mart 2020 19:56 (UTC+04:00)

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində üçüncü günün döyüşlərinə start verilib.

AzNews.az-ın məlumatına görə, birinci seansda Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor rinqə çıxıb.

Olimpiya mükafatçısı ilk görüşünü Dmitri Qalaqota (Moldova) qarşı keçirib. 1/16 final mərhələsində baş tutan qarşılaşma Sotomayorun qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edib.

Boksçu 1/8 final görüşünə martın 18-də çıxacaq. Sotomayorun rəqibi erməniəsilli Danimarka idmançısı Sebastian Terteryan olacaq.

Qeyd edək ki, turnirin üçüncü gününün ikinci seansında daha 3 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynov (52 kq) ilk görüşünə çıxacaqsa, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.