“Qarabağ” məşqləri dayandırdı

16 Mart 2020 21:19 (UTC+04:00)

"Qarabağ" məşqlərə ara verib.

AzNews.az klub saytına istinadən xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar "Qarabağ"ın əsas, əvəzedici komandalarının və akademiyanın məşqləri qeyri-müəyyən vaxta qədər dayandırılıb.