Rusiyada beynəlxalq idman yarışları ləğv olundu

16 Mart 2020 22:11 (UTC+04:00)

Rusiyada bu gündən etibarən bütün beynəlxalq idman tədbirləri ləğv edilir.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya İdman Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu qərar koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul olunub.

Həmçinin ölkədaxili yarışların dayandırılması da tövsiyə olunub. Amma bu qərarın Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə verən turnirlərə şamil olunmadığı vurğulanıb.