Bu gün Milli Məclisin iclası keçiriləcək

17 Mart 2020 10:06 (UTC+04:00)

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

AzNews.az xəbər verir ki, iclasda İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.