Aygün Kazımova Azərbaycandan getməkdə israrlıdır

27 May 2013 11:38 (UTC+04:00)
Məlum olduğu kimi, bir neçə gün bundan öncə xalq artisti Aygün Kazımova İnstaqram sosial şəbəkəsində Azərbaycanı tərk edəcəyinə dair status paylaşıb. O, bunu haqsızlıqlara, təhqirlərə, şər və böhtanlara dözməyə taqətinin qalmaması ilə izah edərək hətta intihar etmək istədiyini də bildirmişdi.

AzNews.az-a müğənninin hazırkı vəziyyəti ilə bağlı açıqlama verən DJ Kazımın sözlərinə görə, Aygün Kazımova artıq ölkəni tərk edəcəyi ilə bağlı hazırlıq işlərinə başlayıb: "Aygün xanım getməyə hazırlaşır. Bizim şəxsi, özəl məsələlər var, hansı ki, onu mətbuat bilməməlidir. Aygün xanımın Azərbaycana qayıtması ilə bağlı heç bir müzakirə aparılmayıb. Hər şey elə dediyi kimidir".

Xalq artist Aygün Kazımova isə AzNews.az-a açıqlamasında işlərinin həddindən artıq çox olduğunu və bu üzdən də danışa bilmədiyini dedi: "Məşğulam, işlərim çoxdur".

Bahar Rüstəmli
AzNews.az