Fransa səfirliyi viza verilməsini dayandırdı

17 Mart 2020 21:05 (UTC+04:00)

Fransanın Azərbaycandakı səfirliyi vizaların verilməsini müvəqqəti olaraq dayandırıb.

AzNews.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Tvitter səhifəsində yazıb:

“Əziz azərbaycanlı dostlar! Parisdən verilən təlimata əsasən, yerli və qlobal olaraq vizaların verilməsi müvəqqəti olaraq dayandırıldı. COVİD-19 böhranı bitdikdən sonra sizə Fransada qarşılamağa ümid edirik.

Novruz bayramınız mübarək!”.