Rusiyada gələn ay referendum keçiriləcək

17 Mart 2020 22:25 (UTC+04:00)

Rusiyada ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum aprelin 22-nə təyin olunub.

AzNews.az xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Sənəd Kremlin rəsmi saytında dərc olunub.