Bodrum silkələndi

17 Mart 2020 22:49 (UTC+04:00)

Türkiyənin Bodrum şəhərində 4,3 bal gücündə zəlzələ olub.

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, Kandilli rəsədxanasının məlumatına əsasən zəlzələnin dərinliyi 11,63 kilometr olub.

Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) isə yeraltı təkanların 4,1 bal gücündə olduğunu qeyd edib.