Türkiyədə bütün hərbi təhsil müəssisələri bağlandı

17 Mart 2020 23:43 (UTC+04:00)

Türkiyədəki bütün hərbi təhsil müəssisələrində aprelin 13-dək tətil elan edilib.

AzNews.az-ın xəbərinə görə, bu barədə Türkiyə Müdafiə naziri Hulusi Akar açıqlama verib. Nazir bildirib ki, koronovirus (COVİD-19) infeksiyasına yoluxma riskinin qarşısını almaq üçün hərbi hissələrə ziyarətlər olmayacaq, ordu evlərinə hərbi vəzifədə olan şəxslərdən başqa heç kim qəbul edilməyəcək.