Bu sərnişin qatarlarının hərəkəti dayandırılır

18 Mart 2020 11:44 (UTC+04:00)

Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.

AzNews.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, söhbət aşağıdakı qatarlardan gedir:

- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı

- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı

- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı

- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı

- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı

- Bakı-Yalama-Bakı elektrik qatarı

- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı

Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.