Ümid partiyasında yeni təyinat

27 May 2013 11:52 (UTC+04:00)


Bu barədə AzNews.az-a partiyadan məlumat daxil olub. Məlumatda bildirilir ki, partiya sədri İqbal Ağazadənin bu gün imzaladığı sərəncamla Elman Abbasov partiyanın Mətbuat Xidmətinin rəhbəri təyin edilib.

Məlumata görə, E. Abbasov 1970-ci ildə Şahbuz rayonunda anadan olub. Azərbaycan Pedeqoji Unversitetinin Tarix fakultəsini bitirib. 2004-cü ildən etibarən jurnalistika sahəsində çalışır. 2005-ci ildə ANS televiziyasında və APA informasiya agentliyində işləyib. 2008-ci ildən RATİ-nin Naxçıvandakı müxbiridir. "Azadlıq", "Yeni Müsavat", "Bizimyol" və digər mətbuat orqanları ilə əməkdaşlıq edib.

AzNews.az