Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

19 Mart 2020 17:20 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

AzNews.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılıb, aşağı həddi isə 5,5%-dən 6,75%-ə qaldırılıb.

"Yaranmış vəziyyətdə AMB qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır", - qurum bəyan edib.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə mayın 1-də baxacaq.