Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatdı

20 Mart 2020 10:23 (UTC+04:00)

Türkiyədə koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 4-ə çatıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 1981 nəfərin analiz nəticələrində 191-nin cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb.