İTV Samirəylə bağlı qərar verdi

20 Mart 2020 14:59 (UTC+04:00)

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) ölkəmizi “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək nümayəndənin adını açıqlayıb.

2021-ci ildə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində 2020-ci ilin milli seçim turunun qalibi Samirə Əfəndi təmsil edəcək.

Daha əvvəl Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən may ayında Niderlandda keçiriləcək "Avroviziya-2020" müsabiqəsinin ləğv olunduğunu bəyan edib. Təşkilatçılar müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gəliblər. Müsabiqənin Rotterdamda keçirilməsinə dair danışıqlar isə hələ davam etdiriləcək.

Xatırladaq ki, Əfəndi “Avroviziya-2020” milli seçim turunun qalibi olub. (qafqazinfo)