Xəzərdə zəlzələ oldu

20 Mart 2020 21:24 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub.

AzNews.az Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 17:32-də Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.