Tərəfdarları İbrahimbəyovun evində toplanır

27 May 2013 13:20 (UTC+04:00)
Ziyalılar Forumunun üzvləri yaxın saatlarda növbədənkənar görüş keçirəcək. Bu barədə AzNews.az-a Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev məlumat verib.

Onun sözlərinə görə, toplantı görkəmli kino xadimi Rüstəm İbrahimbəyovun evində baş tutacaq. Tolantının keçirilməsinin məqsədi sabah elan olunması gözlənilən Milli Şura ilə bağlı yekun məsləhətləşmələr aparmaqdır. Qeyd edək ki, toplantıda Rüstəm İbrahimbəyovdan başqa Ziyalılar Forumunun bütün üzvləri iştirak edəcək.

Bahar Rüstəmli
AzNews.az