Koronavirus Ağ Evdə "peyda oldu"

21 Mart 2020 10:57 (UTC+04:00)

ABŞ vitse-prezidenti Mayk Pensin ofisində işləyənlərin birində koronavirus aşkarlanıb.

AzNews.az-ın xəbərinə görə, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, nə Pensin özü, nə də ABŞ Prezidenti Donald Tramp bu şəxslə birbaşa əlaqədə olmayıb.

Hazırda virusa yoluxmuş şəxslə əlaqəli bütün şəxslərin şəxsiyyətləri müəyyənləşdirilir.