Dünya çempionatı təxirə salındı

21 Mart 2020 12:05 (UTC+04:00)

Kişi və qadınlardan ibarət komandalar arasında badminton üzrə dünya çempionatı təxirə salınıb.

AzNews.az Beynəlxalq Badminton Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyasının yayılması səbəb olub. 16 - 24 maya planlaşdırılan yarış 13 - 23 avqustda olacaq.

Qeyd edək ki, dünya çempionatı Danimarkanın Orhus şəhərində keçirilməlidir.