Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib

27 May 2013 13:45 (UTC+04:00)
Mayın 27-də "Buta" sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

APA-nın məlumatına görə, rəsmi qəbulda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Azərbaycanın dövlət himni səslənib. Prezident İ. Əliyev tədbirdə nitq söyləyib.

Rəsmi qəbul incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib.

AzNews.az