Xorvatiyada 5,3 maqnitudalı zəlzələ olub

22 Mart 2020 11:35 (UTC+04:00)

Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 5,3 maqnitudalı zəlzələ olub.

AzNews.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 05.24 radələrində baş verən zəlzələnin ocağı Zaqrebdən 7 km uzaqlıqda, 10 kim dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.