İtaliyada vacib olmayan istehsalat müəssisələri bağlandı

22 Mart 2020 13:14 (UTC+04:00)

İtaliyanın Baş Naziri Cüzeppe Konte ölkədə ən önəmli məhsul istehsal etməyən bütün istehsal müəssisələrinin bağlanacağını elan edib.

AzNews.az “TASS”-a istinadən xəbər verir ki, o bunu “Facebook”da canlı yayımda xalqa müraciətində bildirib.

“Yalnız mühüm məhsullara üstünlük verərək, bütün İtaliyada istehsal fəaliyyətlərini bağlamağa qərar verdik”, - Konte belə deyib.

“Sanitariya vəziyyətində fövqəladə vəziyyət iqtisadi bir fövqəladə vəziyyətə çevrilir, ancaq biz bunun öhdəsindən gələ bilərik”, - deyə baş nazir əlavə edib. Bununla yanaşı, o, ərzaq mağazalarının və apteklərin işinə heç bir məhdudiyyətin tətbiq edilmədiyini vurğulayıb.