“Aeroflot" Azərbaycana uçuşları dayandırır

22 Mart 2020 14:45 (UTC+04:00)

Rusiyanın “Aeroflot” aviaşirkəti Azərbaycana uçuşları müvəqqəti dayandırır.

AzNews.az-ın xəbərinə görə, bu barədə aivaşirkətin saytında məlumat yerləşdirilib.

“Aeroflot” koronovirus təhlükəsi ilə əlaqədar martın sonlarında 7 ölkəyə, o cümlədən Azərbaycana uçuşları dayandıracaq. Bakıya uçuşlar martın 29-dan aprelin 30-dək həyata keçirilməyəcək.