Gürcüstanda azərbaycanlı qadın koronavirusa yoluxdu

22 Mart 2020 15:37 (UTC+04:00)

Marneuli rayonunda azərbaycanlı qadın yeni tip koronavirusa (Covid-19) yoluxub.

Bu barədə Marneuli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mili Mərkəzinin rəhbəri Eteri Laperadze bildirib.

Onun sözlərinə görə, 54 yaşlı qadın 4 gün öncə ikitərəfli pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu gün onun koronavirusla bağlı testlərinin cavabı müsbət olub. (apa)