Rusiya Türkiyəyə aviareysləri məhdudlaşdırır

22 Mart 2020 16:37 (UTC+04:00)

Rusiya Türkiyəyə aviareysləri məhdudlaşdırır.

AzNews.az-ın xəbərinə görə, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Rusiya martın 23-dən yeni tip koronavirus (Covid-19) təhlükəsi ilə əlaqədar Türkiyə ilə aviaəlaqəni məhdudlaşdıracaq. Yalnız İstanbula müntəzəm reyslər davam edəcək. Eyni zamanda rusiyalıların Türkiyədən gətirilməsi üçün çarter reysləri təşkil olunacaq.