Türkiyə 107 ölkəyə aviauçuşları dayandırdı

22 Mart 2020 18:23 (UTC+04:00)

Türkiyə 107 ölkəyə aviauçuşları dayandırıb.

Bunu Türk Hava Yollarının (THY) rəhbəri İlker Ayçı bildirib.

İlkər Ayçı deyib ki, hazırda THY uçuşların 85 faizini dayandırıb, yalnız məhdudlaşdırılmış şəkildə kargo fəaliyyətiylə məşğuldur.

THY rəhbəri 27 martdan isə 4 şəhər (Honk-Kong, Moskva, Nyu-York, Vaşinqton) və bir ölkə ( Efiopya) istisna ilə, bütün uçuşları dayandıracaq. (apa)