Türkiyə Çindən koronavirusu tez təyin edən 2 milyon test aldı

23 Mart 2020 14:11 (UTC+04:00)

Türkiyə Çindən koronavirusu tez təyin edən 2 milyon test alıb.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, testlərin ilk partiyası bu gün səhər Türkiyəyə gətirilib.

Sözügedən testlər virusu 15 dəqiqəyə müəyyən edir.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatıb. Ölkə üzrə virusa ümumilikdə 1256 nəfər yoluxub.