Rusiyada referendum təxirə salına bilər

23 Mart 2020 15:21 (UTC+04:00)

Rusiyada Konstitusiya dəyişikliklərlə bağlı aprelin 22-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınacağı bildirilir.

AzNews.az-ın verdiyi xəbərə görə, vedomosti.ru saytı Prezident Administrasiyasındakı 3 mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, artıq koronavirus səbəbi ilə referendumun təxirə salınması və iyun ayında keçirilməsi haqda siyasi qərar verilib. Regional hökumətlərə təşviqat hazırlıq işlərinin dayandırılması tapşırılıb.