Rusiyada azərbaycanlılar ağır cəza aldılar: HÖKM

27 May 2013 14:43 (UTC+04:00)



30 yaşlı Rəşad Əliyev, 35 yaşlı Ceyhun Məmmədov və 38 yaşlı Anar Qasımov soyğunçuluq və insan səhhətinə ağır xəsarət yetirməkdə ittiham edilirlər.

Rusiya mətbuatını məlumatına görə, Əliyev və digər şəxslər mütəşəkkil cinayətkar dəstə yaradaraq ticarət mərkəzlərində bəzi cinayətlər törədiblər.

Mühafizəçilərə hücum edən dəstə üzvləri onları döyüb, əl-qolunu bağlayaraq ilk dəfə 1 milyon 300 min rubl dəyərində olan malı oğurlayıblar.

Bu hərəkətləri davam etdirən dəstə üzvlərindən Əliyev 13 il, Məmmədov 8 il, Qasımov isə 11 il azadlıqdan məhrum edilib. Onlar cəzaları ciddi rejimli kaloniyada çəkəcəklər.

Elnarə
AzNews.az