Fransada koronavirusdan ölən həkimlərin sayı artdı

24 Mart 2020 11:23 (UTC+04:00)

Fransada daha iki həkim COVID-19 epidemiyasının qurbanı olub.

AzNews.az xəbər verir ki, beləliklə ölkədə koronavirusdan ölən həkimlərin sayı 5-ə çatıb.

Dünən həyatını dəyişən həkimlərdən birinin 70, digərinin 68 yaşı olub. Onlardan biri Fransanın Haut-Rhin, digəri Haute-Saone regionlarında fəaliyyət göstərirdilər.