Yazıçı Folklor İnstitutunu məhkəməyə verdi – Özəl

27 May 2013 15:02 (UTC+04:00)



Bu gün Bakı Apelyasiya Məhkəməsində maraqlı proses keçirilib. Hakim İsmayıl Vəliyevin sədrliyi ilə keçirilən məhkəmə yazıçı-publisist Tofiq Xəzərin iddiası ilə baş tutub. Belə ki, onun Folklor İnstitutuna qarşı qaldırdığı iddiaya baxılıb.

Tofiq Xəzər iddia edir ki, İnstitutun nəşr etdirdiyi "Azərbaycan Folklor Külliyatı"nın 6, 9 və 10-cu cildlərində Azərbaycan xalqının mentalitetinə, adət - ənənələrinə zidd ifadələr işlədilib. Elə buna görə də məhkəməyə üz tutub.

Məhkəmə prosesində isə insident baş verib.
T. Xəzərin AzNews.az-a verdiyi məlumata görə İnstitutun əməkdaşları - elmlər doktoru Seyfəddin Rzasoy, elmlər namizədi Ağaverdi Xəlil və Əziz Ələkbərli T. Xəzərə hücum edərək onu hətta ölümlə hədələyiblər. Bu zaman onların yanında vəkil Aydın Kərimovun da olduğu bildirilir.
Yalnız digərlərinin müdaxiləsindən sonra T.Xəzərə qarşı hücumlar dayandırılıb.

Qeyd edək ki, T. Xəzər 23 cildlik "Azərbaycan folkloru külliyyatı" kitabının 6-cı (səh. 322-324), 9-cu (səh.93-95), 10-cu (53-54) cildində "Azərbaycan xalqına, onun tarixinə, məişətinə, adət-ənənələrinə və mədəniyyətinə aşıq-aşkar hörmətsizlik" nümayiş olunduğunu bildirib. Qeyd olunan cildlərdə yerləşdirilən nağıllarda açıq-saçıq səhnələr ədəbsiz formada – vulqar sözlərlə təsvir olunur.

Elnur
AzNews.az