Ən çox qazanan məşqçilərin adı açıqlandı - SİYAHI

24 Mart 2020 15:02 (UTC+04:00)

Dünyanın ən çox qazanan futbol məşqçiləri müəyyənləşib.

Məlumata görə, məşhur “France Football” nəşrinin araşdırmaları zamanı mütəxəssislərin maaşları, bonusları və imic hüquqlarından əldə etdiyi vəsait nəzərə alınıb.

Siyahıya İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone başçılıq edir. Onun illik qazancı 40,5 milyon avro olub.

İtaliya “İnter”inin çalışdırıcısı Antonio Konte ikincidir. O, 30 milyon avro qazanıb.

İlk “üçlüy”ü İngiltərə təmsilçisi “Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiaola qapayır. Mütəxəssis 27,5 milyon avro qazanmağa müvəffəq olub. (apa)