Gürcüstanda cərrahi əməliyyatlar təxirə salınır

24 Mart 2020 16:21 (UTC+04:00)

Koronavirusun yayılma riski ilə əlaqədar olaraq Gürcüstan xəstəxanalarında yaxın 4 ay ərzində bütün planlaşdırılmış cərrahi əməliyyatlar təxirə salınacaq.

Bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə xəstəxanalarda yalnız təcili cərrahi əməliyyatlar həyata keçirmək mümkün olacaq. (apa)